adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Sentyabr 2018 14:54
10143
DÜNYA
A- A+

ŞİMALİ KOREYA NÜVƏ PROQRAMINI DAYANDIRMAĞA HAZIRDIR

KXDR-in lideri Kim Çen In Koreya Respublikasının prezidenti Mun Çje İnə bildirib ki, bir il ərzində nüvə proqramını tamamilə ləğv etməyə hazırdı. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton məlumat verib.

Xatırladırıq ki, bununla bağlı 12 iyunda Sinqapurda ilk dəfə olaraq yüksək səviyyədə keçirilən ABŞ və KXDR-in dövlət başçılarının görüşündə birgə bəyanat imzalanmışdı. Rəsmi Pxenyan nüvə proqramını tamamilə ləğv etməyə hazır olduğunu, Vaşinqton isə bunun qarşılığında KXDR-ə təhlükəsizlik təminatı verəcəyini vəd etmişdi.

ABŞ Kəşfiyyat Xidmətinin bir çox ekspertlərinin fikrincə, Pxenyan nüvə proqramını çətin ki dayandıracaq. ABŞ-ın BMDT-dəki daimi nümayəndəsi Nikki Xeyli məsələ ilə bağlı xəbərdarlıq da etmişdi ki, «Vaşinqton çox gözləmək fikrində deyil».

Amma Tramp əmindir ki, Kim Çen Inla güzəştə getməmək şərti ilə normal münasibətlər qurmaq olar. «Mən KXDR-lə müharibəyə hazırlaşdığı bir vaxtda Barak Obamadan soruşdum ki, nə vaxtsa Kim Çen Inla danışmısanmı? O dedi ki, yox. Mən ona təklif etdim ki, ən azı buna cəhd etmək lazımdı».