adalet.az header logo
  • Bakı 13°C
11 Sentyabr 2018 16:28
12283
KRİMİNAL
A- A+

Külli miqdarda narkotik aşkar edilib

Bakı şəhər sakini avtomobilində 6,5 kiloqramdan çox marixuana ilə tutulub.

Adalet.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülüb.

Onun "Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.