adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Sentyabr 2018 14:46
15157
DÜNYA
A- A+

ABŞ FOSFORLU BOMBADAN İSTİFADƏ EDİB

Pentaqonun nümayəndəsi Rusiya Müdafiə Nazirliyinin guya ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu bomba atması ilə bağlı məlumatını qəbul etmədiklərini bəyan edib. Bu barədə Reuters agentliyinin yaydığı məlumatlara ABŞ hərbi təşkilatının nümayəndəsi Şon Robertson bildirib ki, «Pentaqonun bu regionda ağ fosfor mərmisindən istifadəsi ilə bağlı heç bir məlumatı yoxdu». Sonra isə o, əlavə edib ki, məlumatda adı çəkilən regionda Hərbi Hava Qüvvələrinin heç bir bölməsi fosfor tipli sursatla təmin olunmayıb.

Suriyada yerləşən Rusiya hərbi kontingentinin rəhbəri, general-leytenant Vladimir Savçenko bəyan edib ki, ABŞ-ın iki F-15 təyyarələri 8 sentyabrda Deyr-əz-Zor əyalətinə qadağan olunmuş ağ fosforlu mərmilər atıb Bunun nəticəsində Mərcin yaşayış məntəqəsində güclü yanğılar baş verib.

Bundan başqa, bu regionda olan hüquq müdafiəçiləri də ağ fosofrlu bombalardan istifadə olunması faktını təsdiqləyib.

Ağ fosfor yandırıcı aviabombalarda istifadə olunur. Çox yüksək tempuratura ilə yanır və insan dərisinə ağır yanıq xəsarətləri yetirir. Həmçinin zəhərli olduğu üçün əlavə fəsadlar da törədir.