adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Sentyabr 2018 15:45
9615
SİYASƏT
A- A+

Moskvadan Türkiyə ilə bağlı ziddiyyətli açıqlama

Suriya məsələsində Rusiya ilə Türkiyə arasında fərqliliklər ola bilər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib. Onun sözlərinə görə, mövqelərdə uzlaşma olmasa da, tərəflər ortaq məxrəc axtaracaqlar.

"Türkiyə də Rusiya kimi ciddi beynəlxalq prioritetləri və maraqları olan ölkədir. Mövqelərimiz 100 faiz üst-üstə düşməsə də, bu, normal bir haldır. Ortaq məxrəcə gəlinməsi üçün siyasi və hərbi dilomatiyadan istifadə edirik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 7 sentyabrda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya böhranına həsr edilən üçtərəfli Tehran sammiti keçirilib. Sammit zamanı İdlibə hücumla bağlı Ərdoğanla Putin arasında ciddi fikir ayrılığının olduğu üzə çıxıb. Türkiyə prezidentinin atəşkəs çağırışına məhəl qoymayan Putin, İdlibdə terrorçulara qarşı hərbi əməliyyatların davam etdirilməsinin vacib olduğunu vurğulayıb.