adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Sentyabr 2018 14:28
12522
İDMAN
A- A+

TUTALIM, DÖVRÜMÜZÜN HƏZRƏTİ QVARDİOLASI QURBANDI…

Malta ilə səfərdə heç-heçə elədik, birini onlar vurdu, birini də biz. Əvvəllər səfərdə heç-heçə edəndə sevinərdik. Amma indi üzüldük. Malta ağıllı bir taktika seçmişdi, oyunun tempini aşağı salmışdı. Amma bizimkilər də tempi yuxarı qaldırmaq üçün heç özlərini öldürmürdülər. Bəzən topun dalınca qaçmağa ərinirdilər.

Qısası, oyundan görünürdü ki, futbolçularımız qələbəyə təşnə deyil.

Təbii ki, hamımız düşəcəyik Qurban Qurbanovun üstünə.

Tutalım, dövrümüzün həzrəti Qvardiolası Qurbandı. Bu çempionatla necə möcüzə icad eləsin?

Çempionatda 8 komanda var. Bu 8 komandada da əsas oyunçuların 40 faizi legionerlərdir. 60 faizi də eləsin 50 futbolçu. Onların da yarıdan çoxunun oyun səviyyəsi məhlə futbolundan bir az yüksəkdi. Bu 50-dən də 24-nü seçməlidi, onun da 14-nü oyuna buraxmalıdı.

Milli ölkə çempionatının güzgüsüdü. Ölkə çempionatı da göz önündə. Ona görə də onun güzgüsü əyri-üyrüdü.

Amma ruhdan düşməyə dəyməz. İnanırıq ki, millilərimiz yavaş-yavaş toparlanacaq,