ANA SƏHİFƏ / MÜSAHİBƏ

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

5700    |   2018-09-12 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində belə dedi

- Cənab polkovnik, otağınıza çox əsəbi daxil oldunuz. Elə bil hansısa saytın redaktoru ilə söhbət eləyirdiniz. Sirr deyilsə, söhbətin bu tonda davam etməsinin səbəbi nədir?

- Mən həmişə bütün kütləvi informasiya vasitələrinə və saytlara hörmətlə yanaşmışam. Mətbuat səhifələrində barəmizdə hər hansı mənfi və müsbət yazı olan kimi öz münasibətimi bildirmişəm. İndi də hörmət elədiyim saytlardan biri götürüb yazır ki, Babək prospektində tez-tez tıxaclar yaranır və yol polisi də burda xidmət aparmır…

- Yəni bu yazılanlara sizin iradınız var? Yazdıqları həqiqətə uyğun deyil?

- Mən demirəm ki, Babək prospektində tıxaclar olmur. Orda da günün müəyyən saatlarında yol tikintisi ilə əlaqədar sıxlıqlar yaranır, tıxaclar baş verir. Bununla mən də razıyam. Çünki özüm də elə o istiqamətlərdə yaşayıram. Amma mən onunla razı deyiləm ki, yol polisi saytın yazdığına görə, orda xidmət aparmır. Sutkanın 24 saatı həmin istiqamətdə əməkdaşlarımız xidmət edirlər…

- Görünür, xidmət edərkən bəlkə yol polisləri səhlənkarlıq göstərirlər, bir az diqqətsizliyə yol verirlər…

- Bax, burda nə onlarla, nə də sizinlə qətiyyən razılaşa bilmərəm. Dünyanın heç yerində yol polisi harda gəldi xidmət aparmır. Çünki yol hərəkətini nizamlayan, göstərən yol nişanları var və sürücülər də bu yol nişanlarına uyğun olaraq yol hərəkəti qaydalarına əməl etməklə təhlükəsizliklərini təmin edirlər. Başqa sözlə demiş olsaq, bir-birinə hörmətlə yanaşırlar…

- Vaqif müəllim, onsuz da Babək prospektində təmir işlərinin başa çatmasına bir şey qalmayıb. Cəmi bir-iki kilometr məsafə var ki, onu da tezliklə əlaqədar qurum tikib başa çatdıracaq. Amma sizin söhbətinizdən belə çıxır ki, elə çox vaxt sürücülər özləri problem yaradırlar…

- Bax, burda məsələyə çox ədalətli yanaşdığınızı hiss etdim. Babək prospektində düzdür yollar əsaslı surətdə yenidən tikilir. Bu təmir zamanı alternativ yoldan istifadə edilməlidir. Ancaq bu təmin edilməyib. Amma o demək deyil ki, hər bir sürücü avtomobili istədiyi formada idarə etməlidir. Yəni sürücülər özləri bu istiqamətdə tez-tez qaydaları pozur və tıxaclar yaradırlar. Məsələn, bir sürücü mənzilbaşına tez çatmaq üçün qarşı tərəfin yoluna çıxır və nəticədə o yolu da bağlayır. Bu zaman da hər iki tərəf bağlı qalır, nəqliyyat vasitələrinin hərəkəti iflic vəziyyətə düşür. Yol polisi həmin anlarda çox vaxt bu problemi aradan qaldırır. Ancaq sürücü məsuliyyətsizliyi görürsünüz ki, hansı fəsadlar yaradır. Hər bir sürücünün məsuliyyət hissi olmalıdır və düşünməlidir ki, yol hərəkəti qaydasını pozmaq digərləri üçün nə kimi çətinliklər yaradır.

- Bizim sürücülərin ən böyük «xəstəlik»lərindən biri də «dayanma», «durma» və «parklanma» qaydalarını tez-tez pozmalarıdır. Sizcə bu qaydaların pozulması şəhərdə tıxacların yaranmasına nə dərəcədə təsir edir...

- Elə bizim ən çox narahat olduğumuz məsələlərdən biri «dayanma», «durma», «parklanma» qaydalarının məsuliyyətsiz sürücülər tərəfindən pozulmasıdır. İnanın, onların bu səhlənkar hərəkətləri nəticəsində iki-üç cərgədə maşınlar saxlanılır, digər nəqliyyat vasitələrinin hərəkəti bir anlıq da olsa iflic olur. Xüsusən 20 Yanvar, Qara Qarayev, Koroğlu və hərəkətin digər intensiv olduğu yerlərdə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin iki-üç cərgədə avtomobilləri saxlaması sözün həqiqi mənasında hərəkət iştirakçılarının əsəbini tarıma çəkir. Bununla bağlı yol polisi mütəmadi tədbirlər görür, reydlər keçrir. Ancaq yenə görürük ki, belə intizamsız sürücülər pis vərdişlərindən əl çəkmirlər ki, çəkmirlər...

- Cənab polkovnik, bizi bir məsələ də çox narahat edir: səkilərdə hərəkət edən avtomobillər, piyadaları çıxılmaz vəziyyətə qoyur. Və bəzən də piyadalar səkilərlə gedə bilməyib avtomobil yoluna çıxırlar. Bu isə onların həyatı üçün böyük təhlükə deməkdir…

- Çox gözəl məsələyə toxunursunuz. Buna görə mən sizə öz minnətdarlığımı bildirirəm. Səkilərdə dayanmış avtomobillərin qabaq şüşəsində yol polisi tərəfindən bu cür xəbərdarlıqlar edilir: «Səkinin üzərində avtomobil saxlamayın. Dövlət Yol Polisi». Çox təəssüf ki, bir çox saytlar bu maarifləndirici xəbərdarlıqları başqa bir istiqamətə yozaraq yol polisinin fəaliyyətinə kölgə salırlar. Bax, bunu başa düşmək olmur…

- Deyilənlərə görə, guya bu hər hansı başqa bir qurumun işinə müdaxilədir. Hansı ki, yol hərəkəti haqqında qanunda bu məsələlər öz açıq həllini tapıb…

- Sizə bir fikir deyim. O səkiyə çıxan avtomobil ora göydən gəlib düşüb? Yəni hərəkət edib, gəlib dayanıb səkinin ortasında və piyadanın da yeriməsinə imkan vermir. «İnzibati Xətalar Məcəlləsinin» 327.1. maddəsində yazılıb: «Yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi, yaxud ara məsafəsi, yerdəyişmə, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətə hərəkət zolağına çıxmadan ötmə və ya manever etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə – 40 manat məbləğində cərimə edilir. Ona görə də bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, onlar səkilərdə hərəkət edərək avtomobilləri saxlayıb piyadalara mane olmasınlar və onları çıxılmaz vəziyyətə qoymasınlar.

- Artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyi və tıxacların aradan qaldırılması ilə əlaqədar olaraq hansı addımları atıb?

- Öncədən onu xatırladım ki, hələ bir ay bundan əvvəl bütün ali təhsil müəssisələrinin və eləcə də orta məktəblərin yaxınlığındakı yol hərəkəti ilə bağlı məsələlər idarəmizin əməkdaşları tərəfindən dəqiq araşdırılıb. Mövcud problemlər hamısı siyahıya alınıb, məktəblərin yanındakı yolüstü piyada keçidləri yenidən rənglənib, yol nişanları tam qaydaya salınıb. Bununla yanaşı, «dayanma», «durma» və «parklanma» qaydalarına əməl edilməsi ilə bağlı sürücü və hərəkət iştirakçıları arasında maarifləndirici söhbətlər aparılıb. Başqa sözlə demiş olsaq, həyata keçirdiyimiz operativ və mütəmadi qabaqlayıcı tədbirlər nəticəsində mövcud problemlər tamamilə aradan qaldırılıb. Yəni yol polisinin üzərinə hansı vəzifələr düşübsə, bu missiya yerinə yetirilib.

- Bəs onda yerinə yetirilməyən məsələlər nə ilə bağlıdır?

- Bu təkcə yol polisindən asılı deyil. Çünki yeni dərs ilində əksər insanlar lazım oldu-olmadı fərdi avtomobillə övladlarını məktəbə gətirir və məktəbin ətrafında qanunsuz surətdə parklanma edirlər. Bax, bu məsələlər istər-istəməz tıxacların yaranmasına gətirib çıxara bilər. Ona görə də bir daha valideynlərə tövsiyə edirik ki, yeni dərs ilinin ilk günündə lazım oldu-olmadı fərdi avtomobillərdən az istifadə etsinlər. Üstəlik də «dayanma», «durma» və «parklanma» qaydalarını pozmasınlar...

- Cənab polkovnik, yol polisi yeni dərs ilinin açılış günündə gücləndirilmiş iş rejimində işləyəcək. Bu əməkdaşlarınız üçün çətinlik yaratmayacaq ki?

- Azərbaycan polisi hər cür ekstrimal və mürəkkəb şəraitdə işləməyi bacarıb. Yəni polis həm ictimai asayişi qoruyub, həm cinayətkarlığa qarşı mübarizə aparıb, həm də hərəkətin təhlükəsizliyini təmin edib. Yol polisi də yeni dərs ilinin başlandığı gün gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin bütün təhsil ocaqlarının ətrafında əməkdaşlarımız hərəkətin təhlükəsizliyini təmin edəcək, tıxacların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görəcəklər. Amma bu işdə bizə geniş ictimaiyyət, cəmiyyət yaxından kömək etməlidir. Hər bir sürücü isə yol hərəkəti qaydalarına uyğun nəqliyyat vasitəsini idarə etməli, yol nişanlarının tələblərini pozmamalıdır. Belə olarsa, şəhərimizdə nə tıxaclar yaranar, nə də tez-tez insanlar bu yaranmış tıxaclardan əsəbləşərlər...

- Vaqif müəllim, siz mətbuatın yaxın dostusunuz. Və biz də sizi özümüzə yaxın bir ziyalı kimi qəbul edirik.

- Hörmətinizə və diqqətinizə görə minnətlaram. Ən azından ona görə ki, sizin qəzetin təsisçisi və baş məsləhətçisi, millət vəkili Aqil Abbas polisin yaxın dostudur. Deməli, elə «Ədalət» bizim dostumuzdur. Biz bu dostluğun sədaqətini uzun illərdir görürük. Görürük ki, insanların maariflənməsi işində Azərbaycan polisinə və o cümlədən yol polisinə siz hamıdan çox dəstək verirsiniz. Bir daha bu diqqətə və bu səmimiyyətə görə, rəhbərliyimiz adından kollektvinizə öz minnətdarılığımızı bildirirəm.



Söhbətləşdi Faiq QİSMƏTOĞLU


İmza:

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı: - “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

Məşhur Azərbaycanlı filosof : “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil - MÜSAHİBƏ

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK