adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Sentyabr 2018 18:43
14020
MARAQLI
A- A+

2 min illik qəbirdən çıxanlar arxeoloqları təəccübləndirdi

Sibirdə Xakasiya respublikasında ipək geyinmiş 2 min illik mumiya ortaya çıxdı. Arxeoloqlar qadının hun əsilli olduğunu güman edirlər.

Yaxşı qorunmuş olan mumiya Rusiyanın ən böyük stansiyası və dünyanın doqquzuncu böyük hidroelektrik stansiyası olan Yenisey çayı üzərindəki Sayano-Şuşenskaya su anbarının yuxarı sahilində tapılıb.

"Yatmış gözəl” adı verilən 2 min illik mumiya ipək paltar və muncuqlu bir kəmərlə birlikdə basdırılıb. O biri dünyada yeməsi üçün ətrafı yeməklərlə təchiz olunub və hətta sinəsinin üstünə də bir torba şam fıstığı qoyulub.

Gənc qadının məzarında olan əşyalar arasında Hun stilində keramik qablar və bir Çin güzgüsü də mövcud olub.