Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır Adalet.az | Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır

8358    |   2018-09-11 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, mövsüm ənənəvi olaraq sentyabrın 19-da görkəmli bəstəkar Ü.Hacıbəylinin "Leyli və Məcnun” operası ilə açılacaq.

Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baleti, 23-də isə M.Maqomayevin "Şah İsmayıl” operası təqdim olunacaq.

Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin "Leyli və Məcnun” və "Don Kixot” baletlərini seyr edə biləcəklər.

Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü. Hacıbəylinin "Arşın mal alan” teatrsevərlərin ixtiyarına veriləcək. Sentyabrın 30-da isə C.Puççininin "İl Tabarro” operası göstəriləcək.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK