adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Sentyabr 2018 15:24
10993
DÜNYA
A- A+

Terrorçu bələdiyyə binasına hücum etdi: 6 ölü, 16 yaralı

Somalinin paytaxtı Moqadişuda yerli bələdiyyə binasına terror hücumu edilib.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, içərisində bomba olan maşın bələdiyyə binasına çırpılaraq partlayıb. Nəticədə 6 nəfər ölüb, 16-sı yaralanıb. Ölənlərin çoxu bələdiyyə işçiləridir. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin vəziyyətləri ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

Hücum nəticəsində bələdiyyənin binası demək olar ki, tamamilə dağılıb. Terror aktına görə məsuliyyəti "Əl-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, "Əl-Qaidə” terror təşkilatının Somalidəki qanadı olan "Əl-Şəbab” qruplaşması 2004-cü ildən etibarən Somali hökümətini devirməyə və ölkədə İslam Dövləti yaratmağa çalışır. Qruplaşmanın təkcə ötən ildəki terror hücumlarının mindən çox qurbanı olub.