Putinin Azərbaycana səfərinin vaxtı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bunu RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.