adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

“Səngər uvertürası”ndan sonra…

12141 | 2018-09-10 11:40

Mənim jurnalistikayasevgim televiziya və radiodan başlayıb. Lap uşaq vaxtı baxdığım verilişləriindi də xatırlayıram, sevdiyim verilişlərin həftənin hansı günündə efirə gedəcəyinibelə bilirdim. Düşünürəm ki, dünyagörüşümüzün formalaşmasında, davranışmodelinin yaranmasında o verilişlərin çox böyük rolu olub. O zamanlar hələ bu mətləblərianlamaq iqtidarında deyildik, ekranın cazibəsi bizi sehrləmişdi. Televizor – bu"sehrli” qutu mənim içimdəki qəribə mexanizmi işə saldı. Mən də nə vaxtsaböyüyüb efirə çıxacağım haqqında xəyallar qurmağa başladım.

Hərənin bir taleyolu var. Ozan dili yüyrək olar. Televiziya və radio ilə yollarımız heç vaxt kəsişməsədə gözümü açıb-yumunca özümü jurnalistikanın içində gördüm. Bəzən Tanrı insanoğluna üçüncü göz verir və onu milyonların içindən seçir. Məhz bu tipliinsanlar dünyanın bizim görmədiyimiz tərəflərini görə bilirlər və gördüklərinibizə söz vasitəsilə çatdırırlar. Onlar qələm adamlarıdır. Jurnalistika söz sənətidir,jurnalist sözləri ovuclayıb onlardan məna yaradır. Onun yaradıcılıqlaboratoriyası beynidir.

Mən ədəbiyyatajurnalistikadan gəlmişəm, uzun müddət müxtəlif qəzetlərdə reportyorluq etmişəm,mətbəənin qoxusu canıma hopub, qəzetdə hər yazım çıxanda özümü inanılmaz dərəcədəxoşbəxt hesab etmişəm. Jurnalistika mənə böyük şəxsiyyətlərlə ünsiyyət imkanıqazandırıb, həyatım boyunca ustad qələm sahiblərindən yazmağın sirlərini öyrənmişəm.Yazı sənətinin minbir dolanbacdan keçənfəndləri var; hər janr özünün üslubunu diktə edir. Çox təəssüflər olsun ki, sonzamanlar jurnalistikamızda felyeton, pritça, oçerk janrlarına demək olar,müraciət olunmur. Bu janrlar jurnalistikanın ən çətin sahəsidir və yazardan peşəkarlıq,səriştə, təcrübə tələb edir. İndi hamı rahat yoldan keçməyə çalışır, heç kəsatını daşlığa salmaq istəmir. Unudurlar ki, qələm (indi klaviatura) çətinjanrlara müraciət etdikcə bərkiyir, püxtələşir.

Yazıya televiziyadanbaşlamağım təsadüfi deyil. Qələminə böyük sayğı duyduğum peşəkar jurnalistlərimizdənolan Flora Xəlilzadə (çox-çox illər bundan öncə onun bənzərsiz müğənnimiz FloraKərimova haqqında yazdığı "Bənövşə ətirli səs” kitabını oxumuşdum və onunsözünün sehrinə düşmüşdüm) tədbirlərdən birində məni yerişindən-duruşundanağayanlıq yağan cüssəli bir kişi ilə tanış etdi: Akif Cabbarlı. Bu imza mənəlap çoxdan tanış idi. Uzun illər ana televiziyamız sayılan Az.TV-dəçalışdığını, peşəkar kadrların yetişməsində əməyi olduğunu bilirdim. Bir də mətbuatdaara-sıra "Həyat etüdləri” silsiləsindən yazdığı yazıları oxumuşdum. Buyazılardakı estetik sarkazm, incə yumor, bir az da "Molla Nəsrəddin”çi ovqatoxucunu uzun müddət düşündürür, sadəcə, oxuyub keçmirsən. O yazılardakı mətləblərinsanda acı təbəssüm oyadır, sətiraltı mənalarda gizlənən fikirlər bu yazılarınnə qədər tərbiyəvi əhəmiyyət daşıdığını göstərir. Flora xanım Akif müəllimi təqdimedəndə "onda Mirzə Cəlil qələmi var” dedi və əlavə etdi ki, onun hekayələrinimütləq tap oxu.

Tale elə gətirdi ki,biz Akif müəllimlə nəinki tanış, hətta yaxın qonşu olduq. İndi bir binadayaşayırıq və az qala, hər gün görüşürük. Əməlli-başlı dostlaşmışıq, bir süfrəarxasında dəfələrlə çörək kəsmişik. Mənə elə gəlir ki, biz onunla uzun illərdirki, bir-birimizi tanıyırıq. Hər tanışlıq, hər ünsiyyət dosluğa çevrilmir. Yaşcaməndən xeyli böyük olsa da Akif müəllimin mənimlə rəftarı bu yaş baryeriniaradan qaldırır. Bu münasibətlər sisteminin özü də bir məktəbdir. İndiçoxlarında bu xüsusiyyətlər çatışmır. Akif müəllimin kübarlığı, daxili mədəniyyətionun ziyalılığından irəli gəlir. Bu kübarlıq, mənəvi zənginlik onun yazılarındada özünü qabarıq şəkildə göstərir.


Bu günlərdə Akif müəllimmənə "Səngər uvertürası” kitabını bağışladı. Kitab uzun müddət yazı masamınüstündə qaldı. Yalan demək istəmirəm, kitabı birnəfəsə oxumadım, doya-doya - hərgün bir-iki, bəzən üç-dörd yazı -oxudum. Akif Cabbarlının qəhrəmanları həyatda gördüyümüz, hər gün işdə,ictimai nəqliyyatda, küçədə, məhəllədə rastlaşdığımız adamlardır. Amma necəadamlar! Bu necə sualının cavabıdır Akif müəllimə o yazıları yazdıran. Sovet əyyamındaonlara "antipod” deyirdilər. Bu sözün izahı belədir: əqidəsi, nəzər nöqtəsi,zövqü, xarakteri ilə ümumi düşüncə və qaydalara zidd olan insan.Bu tipliinsanlar zahirən ziyalı libasında görünsələr də cəmiyyətdə ziyanlı funksiyadaşıyırlar. Bu, əxlaqsızlıqdan doğan paradoksal psixoloji haldır. Akif müəllimpamflet və felyetonlarında bu cür zərərli ünsürləri ifşa edir. Adətən, sovetepoxasında bu səpgili ifadələr işlənsə də zərərli ünsür bütün zamanlarda, bütüntoplumlarda olub, var və olacaq. Sual yarana bilər ki, bəs onda yazıçı onlarıniyə ifşa edir? Mətbuatımızın banisi Həsən bəy Zərdabi də, Mirzə Cəlil dəömrünü cahillərlə, nadanlarla mübarizəyə həsr etdi. Onlar yazmasaydı, toplumqaranlıqlar içində qalacaqdı. Bu gün biz işıqlı bir cəmiyyətdə yaşayırıq vəbuna görə də məhz onlara borcluyuq. Amma insanın xisləti dəyişmir, bəzən işıqlıyollarda da yolumuza maneələr çıxır. Mirzə Cəlilin ölümündən 35 il sonra Xalqyazıçısı Anar "Molla Nəsrəddin – 66”nı yazdı. Sabit Rəhman, Seyfəddin Dağlısatirik əsərləri ilə Mirzə Cəlil yolunu davam etdirdilər. Akif Cabbarlının "Səngəruvertürası” kitabını oxuduqca bu müqəddəs yolun hələ də davam etdiyini düşünürəm.Maarifçilik bütün zamanlarda toplumun ən üst dəyərləri sırasında yeralır və bu missiyanın daşıyıcıları da həmişə qələm adamlarıdır. Akif müəlliminyazılarında da sələflərindən gələn bir ağrı var, Üzeyir bəyin, Ömər FaiqNemanzadənin yazılarındakı ictimai yük var. "Sahibsiz və çarəsiz itlərin gecəsöhbəti” pritçası alleqorik olsa da insan cəmiyyətinin bütün naqis cəhətləriniözündə əks etdirir.

Kitabda satirik hekayələrdən əlavə müxtəlif publisistik yazılar da yeralır. Bu yazılar da dövrün, zamanın ruhuna xitab edir. Qəribə səslənsə də buyazılarda bir halallıq duyğusu var, mənəvi rahatlıq var, özünəarxayınlıq var. Buda ondan irəli gəlir ki, Akif Cabbarlı bütün dövrlərdə öz şəxsiyyətini, ləyaqətiniqoruyub, qələmə heç vaxt xəyanət etməyib, sözün mayasına haram qatmayıb.

O, televiziya sahəsini dərindən bilən mütəxəssislərdəndir. Onunteleviziya ilə bağlı konseptual yazıları gələcəyin telejurnalistləri üçün son dərəcəfaydalı mənbədir. Azərbaycan jurnalistikasının xas imzaları var ki, buimzaların hər biri ayrı-ayrılıqda bir məktəbdir. Akif Cabbarlı da imzalar içindəimzası olan bir qələm adamıdır. Düşünürəm ki, jurnalistika onun yazıçılığındançox şey oğurlayıb, çünki jurnalistika vaxtı-vədəsi bilinməyən bir sənətdir,jurnalist hər zaman iş başındadır. Gen-bol zamanı olsaydı, daha iri həcmli əsərləryaza bilərdi. Digər baxımdan, düşünürəm ki, hekayə yazmaqla da sözün yaddaşındaqalan yazarlar olub. Akif Cabbarlının hekayələrində televiziyadan gələn birlakonizm var, az sözlə böyük mətləbləri ehtiva edə bilmək bacarığı var. Bu dayazıçıdan xüsusi ustalıq tələb edir. Onun "Hərəsi üç cümləlik üç hekayə”, "Hərəsidörd cümləlik dörd hekayə”, "Hərəsi beş cümləlik beş hekayə” adlanan mətnləriyenicə yazmağa başlayanlar üçün yaxşı bir nümunədir.

Bilmirəm, nə sirdisə, mənə elə gəlir ki, bu yazıda Akif Cabbarlıhaqqında ürəyimdən keçən hisləri dolğunluğu ilə ifadə edə bilmirəm. Onun dünyadolu səmimiyyəti, bəzən həddini aşan təvazökarlığı kökdən-nəsildən gələn əxlaqidəyərin bir göstərisidir. Həyat tərzindəki səliqə-səhman yazılarına dayansıyır, yazılarındakı çəki-düzən onun zahiri görünüşü ilə üst-üstə düşür.

Yazımın əvvəlində qeyd etmişdim ki, Akif müəllimlə bir binada yaşayırıq,qonşuyuq. Yaxın günlərdən birində binanın həyətində gəzişirdik, dəyərlijurnalist həmkarımız Çingiz Sadıqov heç vaxt unutmayacağım bir ifadə işlətdi.Dedi ki, adətən, uşaqlıq dostlarımızı görəndə deyirik ki, biz bir məhəllədəböyümüşük, indi biz bir məhəllədə qocalırıq…

Çingiz müəllimin bu sözləri içimi titrətdi. İstədim deyim ki, sizinqocalmağa ixtiyarınız yoxdur, biz hələ sizdən çox öyrənməliyik! Hələ o qədərbilmədiyimiz mətləblər var ki!

Düşünürəm ki, hələ çox şeylər yazacaq Akif Cabbarlı. "Səngəruvertüra”sından sonra mütləq "Qələbə uvertürası” yazılmalıdır!


TƏQVİM / ARXİV