adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Sentyabr 2018 11:05
4482
HADİSƏ
A- A+

Gömrükçülər qanunsuz yolla gətirilən siqaretlər aşkarladı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan Adalet.az-a verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.