adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Sentyabr 2018 10:19
11299
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÖZ YAŞLARIMI...

Bir cığır , bir ləpirəm
Səssiz, təklik çəkirəm...
Ürəyimə əkirəm -
Bir də göz yaşlarımı...

Sıxılıb , sıxma , əzmə
Dərdimin üstə gəzmə...
Göyərən görsən , kəsmə -
Yerdə , göz yaşlarımı...

Hay ki , çatmır - hay səssiz
Haysız səsi yay - səssiz...
Yanağımda say səssiz -
Girdə göz yaşlarımı...

Yanında ol , ya da yet
Qədəminə durub get!
Nəzir kimi qəbul et -
Pirdə göz yaşlarımı...