adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Sentyabr 2018 10:14
15839
MARAQLI
A- A+

Azərbaycanda ən çox toy dəvətnaməsi yazılan ay AÇIQLANDI

2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Leyla Kərimova məlumat verib.

Onun sözlərinə görə ən çox nikah iyun ayında qeydə alınıb:

"Ailə quranların orta yaş həddi kişilər üçün 28,8, qadınlar üçün isə 24,2 yaş təşkil edib”.

L.Kərimova bildirib ki, hesabat dövründə 7219 boşanma halı rəsmiləşdirilib:

"Ən çox nikah və boşanma Bakı şəhərində, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında qeydə alınıb”.(modern.az)