adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Sentyabr 2018 16:39
7621
SAĞLAMLIQ
A- A+

Analar üçün süd artıran sarıköklü içkilər...

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Sarıkök bütün digər faydalı xüsusiyyətlərlə yanaşı həmçinin ana südünü artıran vasitə kimi də tanınır və istifadə olunur.

Adalet.az Saglamolun.az-a istinadən sizə südartıran sarıköklü içkinin reseptlərini təqdim edir:

1. Yarım ç.q. sarıkökü 1 stəkan qaynar suda dəmləyin, 1 ç.q. bal əlavə edin, ilıq olanda için. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin.

2. Axşam yatmazdan 1 saat qabaq 1 stəkan isti süddə yarım ç.q. sarıkök və 1 ç.q. bal əridin, 10-15 dəqiə dəmləyin, sonra için.

Sarıköklə dəmləmələr öd daşı və böyrək daşı xəstəliyi, hamiləlik zamanı içmək olmaz.

Şəkərli diabetdən əziyyət çəkənlər bilməlidir ki, sarıkök qanda şəkərin səviyyəsini aşağı salır.