adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Sentyabr 2018 20:12
9178
İDMAN
A- A+

Rusiya millisində dopinq şoku

Rusiya millisinin üzvü Denis Çerışevin dopinqdən istifadə etməsi haqda xəbərlər yayılıb.

Qol.az-ın xəbərinə görə, futbolçunun atası Dmitri Çerışev Rusiya mətbuatına açıqlamasında oğlunun DÇ-2018-dən əvvəl qadağan olunan preparatdan istifadə etdiyini etiraf edib.

Rusiya Antidopinq Agentliyi və Ümumdünya Antidopinq Agentliyi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Çerışevin dopinqdən istifadə etdiyi rəsmən təsdiqlənsə, ona ciddi cəza verilə bilər.

Qeyd edək ki, "Valensiya”nın futbolçusu DÇ-2018-də 5 oyuna 4 qol vurub.