adalet.az header logo
  • Bakı 7°C
09 Sentyabr 2018 16:09
12140
DÜNYA
A- A+

İranda polis bölməsinə hücum - 3 nəfər ölüb

İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə edilən hücum nəticəsində üç polis əməkdaşı ölüb.

Avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.