adalet.az header logo
  • Bakı 17°C
09 Sentyabr 2018 15:31
6752
MƏMLƏKƏT
A- A+

Ölkə ərazisində zəif toz dumanı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 09 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verinb.

ETSN rəsmisi bildirib ki, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.