adalet.az header logo
  • Bakı 7°C
09 Sentyabr 2018 16:39
11905
DÜNYA
A- A+

Tramp “Apple” şirkətinə məsləhət verdi

"Apple” şirkətinin Çindən gətirilən mallara tətbiq edilən rüsumların artırılması ilə əlaqədar bahalaşmaya dair ifadə etdiyi narahatlığa cavab olaraq ABŞ prezidenti Donald Tramp texnoloji nəhəngə əsas istehsalı Amerikaya qaytarmağı və yeni zavodların tikintisinə artıq indidən başlamağı məsləhət görüb.

Adalet.az-ın "RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, daha öncə "Apple” şirkəti ABŞ hökumətinə məktub göndərərək xəbərdarlıq etmişdi ki, Tramp tərəfindən Çindən gətirilən mallara tətbiqi təklif edilən rüsumlar, şirkətin Amerika alıcıları üçün nəzərdə tutulan mallarının bahalaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda "Apple” ABŞ-da yalnız "Mac Pro” istehsalını həyata keçirir. Şirkətin əsas müəssisələri isə digər ölkələrdə, o cümlədən Çində yerləşir.