adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Sentyabr 2018 12:44
6038
HADİSƏ
A- A+

Toya hazırlaşan gəlin qəzaya düşdü: Yaralılar var

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

Adalet.az Report-a istinadən xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində "Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.