adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Sentyabr 2018 11:38
9282
SİYASƏT
A- A+

Rusiyada vahid seçkilər günüdür

Bu gün Rusiyada vahid seçkilər günüdür.

Rusiya vətəndaşları ölkənin 22 regionunun başçısını və 16 regionda qanunvericilik orqanlarına üzvləri seçəcəklər.

Bundan əlavə, birmandatlı seçki dairələri üzrə Dövlət Dumasına, eləcə də yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Seçkiləri 50 minə yaxın əcnəbi müşahidəçi izləyir. Vahid səsvermə Moskva vaxtı ilə saat 23:00-da başa çatacaq.

Bu gün həm də Rusiya paytaxtının sakinləri Moskva merini seçirlər. Moskvanın rəhbəri vəzifəsinə seçilmək üçün beş namizəd, o cümlədən hazırkı mer Sergey Sobyanin mübarizə aparır.