adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Sentyabr 2018 11:23
7414
MƏMLƏKƏT
A- A+

Bu yolda rənglənmə işləri aparılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək olan istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən hissədə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.