adalet.az header logo
  • Bakı 7°C
09 Sentyabr 2018 12:32
10743
DÜNYA
A- A+

Eynşteynin məktubunun orijinalı tapılıb

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu-Yorkda, Leo Bek adına İnstitutda saxlanılır. Bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

Adalet.az AzərTAc-a istinadən xəbər verir ki, Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb. Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış. Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi–sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.

1952-ci ildə Y.Hirşin 70 illiyi ilə əlaqədar o, mühacir həyatına qədər müəllimlik etdiyi Berlin Azad Universitetinin fəxri doktoru adına layiq görülüb.