Prezident Zərdaba 1,32 milyon manat ayırdı
Prezident İlham Əliyev sentyabrın 8-də "Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Digər Xəbərlər
18 Aprel 2024 11:06
Şahinyan: "Paşinyan görüşdə dedi ki, bu kəndlər veriləcək, verilməsə..."
18 Aprel 2024 10:17Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım edib
18 Aprel 2024 10:09Qarabağdan yeni görüntülər - VİDEO
18 Aprel 2024 00:10Başlıbel faciəsindən 31 İL ÖTÜR
17 Aprel 2024 18:52