adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Sentyabr 2018 17:29
11075
SİYASƏT
A- A+

Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri başlayıb.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazirin prezident Putinlə görüşünün əvvəli jurnalistlərin gözü qarşısında cərəyan edib.

Paşinyan iki ölkənin bir-birinin daxili işinə qarışmamasını önə çəkib.

"Ölkələrimiz arasında münasibətlər maraq və suverenliyin qarşılıqlı hörməti əsasında formalaşıb. Bu fonda ölkələrin bir-birinin daxili işinə qarışmamasının vacibliyini də qeyd etmək istərdim”.

Eyni zamanda, hökumət başçısı hərbi-texniki və iqtisadi sahədə potensialdan tam istifadə olunmamasında gileylənib.

Danışıqlar zamanı Putinin Paşinyandan narazı qalması rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb.(modern.az)