adalet.az header logo
  • Bakı 18°C
08 Sentyabr 2018 17:27
11388
DÜNYA
A- A+

Kadırov sərhədi yenidən müəyyən edəcək

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov respublikanın administrativ sərhədinin dəqiqləşdirilməsi məqsədi ilə dövlət komissiyasının yaradılması haqqında fərman imzalayıb.

Virtualaz.orgyerli KİV-ə istinadən bildirir ki, sərhədin dəqiqləşdirilməsi və mübahisəli məsələlərin həlli üçün müvafiq strukturlara lazımı sənəd və materialların hazırlanması tapşırılıb.

Komissiyaya Çeçenistan parlamentinin spikeri Maqomed Daudov rəhbərlik edəcək.

Komissiyanın işinə R.Kadırov şəxsən nəzarət etmək niyyətindədir.