adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Sentyabr 2018 16:02
9468
GÜNDƏM
A- A+

“Samur” gömrük-sərhəd məntəqəsindəki vəziyyət yoxlanıldı

Sentyabrın 8-dəDövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindənAzərbaycan RespublikasınınRusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəşəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.

 Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbət edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə Dövlət Sərhəd Xidmətinin rəisi və Dövlət Gömrük Komitəsi sədrinin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Eyni zamanda,Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov"Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin qarşısında olan ərazilərin abadlaşdırılması ilə əlaqədarbir sıra məsələləri müzakirə ediblər.