adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Sentyabr 2018 12:40
8880
DÜNYA
A- A+

Bəsrəyə raket zərbəsi endirildi

5 gündür hökumətin yeritdiyi sosial-iqtisadi siyasətə qarşı etirazların davam etdiyi İraqın Bəsrə əyalətinə raket zərbələri endirilib. Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, Bəsrə hava limanın yaxın əraziyə 3 ədəd "Katyuşa” raketi atılıb.

Raket hücumu nəticəsində hava limanının infrastrukturuna ziyan dəyməyib. Ölən və yaralananlar yoxdur. Uçuşlar əvvəlkitək qrafikə uyğun şəkildə davam etdirilir. İraqın hüquq-mühafizə orqanları raket hücumunun kim tərəfindən həyata keçirildiyini bilmir.

Qeyd edək ki, Bəsrədə davam edən etirazlarda ötən gün şəhərdəki İran konsulluğu və neft qurğuları yandırıblar. Həmçinin, etirazçılar İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərinə də od vurublar. Etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə ediblər. hazırda Bəsrədə fövqəladə rejim elan edilib, küçəyə çıxmaq qadağan olunub.

Bəsrədə içməli su problemi iyulda İranın Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırmaq qərarından sonra yaranıb.