adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Sentyabr 2018 12:16
11859
KRİMİNAL
A- A+

Gömrükçülər qanunsuz yolla keçirilənzərgərlik məmulatları aşkarladı

Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Adalet.az-a verilən məlumata görə, "Yalama" gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib. Baxış zamanı, əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.

Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.