adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Sentyabr 2018 10:37
7644
İDMAN
A- A+

Millimiz Millətlər Liqasına xal itkisi ilə başladı

Millətlər Liqasında ilk turun oyunları davam edir.

Adalet.az-ın məlumatına görə, bu gün Azərbaycan yığması da turnirdəki ilk matçına çıxıb.

Millimizin turnirdəki debüt görüşü Kosovoya qarşı olıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu matç, həm də Qurban Qurbanovun Azərbaycan millisindəki baş məşqçi kimi ilk rəsmi oyunu olub.

Qeyd edək ki, yığmamız növbəti görüşünü sentyabrın 10-u səfərdə Maltaya qarşı keçirəcək.

Millət Liqası, D liqası

III qrup, I tur

7 sentyabr

20:00. Azərbaycan - Kosovo - 0:0
Hakimlər:Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland (Norveç)
Bakı Olimpiya Stadionu