adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Sentyabr 2018 10:24
4159
HADİSƏ
A- A+

Ağdaşda QƏZA - Avtomobili yol kənarındakı kanala aşdı

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı Adalet.az-a FHN-dən bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda "Hyundai” markalı minik avtomobili yol kənarındakı kanala aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.