adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Sentyabr 2018 10:19
5802
MƏMLƏKƏT
A- A+

Bir gündə ölkədə 116 cinayət faktı qeydə alınıb

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.