adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Sentyabr 2018 10:07
5700
HADİSƏ
A- A+

Bakıda 3 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb.

Adalet.az-ın  FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nəsimi rayonunda ümumi sahəsi 162 m2 olan tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin mansardası 82 m2 sahədə yanıb. Yüksək temperaturdan evin lambirdən ibarət tavanı 10 m2 sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.