adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2018 00:13
14545
GÜNDƏM
A- A+

Sevincimiz və arzularımız

Azərbaycan tarixi və Şamaxı. Tarix günləri üst-üst yığıb illəri toplayıb əsrlərə, əsrləri isə qərinələrə çevirməklə olanları yaddaşına yığır və yaşadır, babadan nəvəyə gətirir. Nəvələr isə öyrənir, araşdırır. Baba deyəni yenidən tarixə çevirir. Baba qoyub gedənin üstünə özü elədiklərini yığır və tarixi qalınlaşdırır, ağırlaşdırır. Beləliklə, tarix güc çatmaz öyrənilməzi qurtarmayan hər günü özünə yük götürən dünya adını qazanır.
Gələn nəsil dünyadan umur, dünyaya giley-güzar edir, dünyadan inciyir, dünyadan öz babasını arzulayır. Az çəkmir ki, yenə dünyaya sığınır, özü də dünyanın dumanına, buluduna, ayına, ulduzuna çevrilir. Bu zaman həyatda var-dövlət yığanlar yox, dünyada tikib quranlar, xalqa xidmət edənlər, elm-bilik sahibi olanlar qalır. Yurda, vətənə, dünyaya qoşulub tarixə çevrilirlər. Elə məkanlar olur ki, onlar tarixə nöqtə vurur. Bu nöqtəni onun nəsli açanda, o nöqtəni böyüdəndə o məkan özü də böyüyür və yaşayır, elə bugünkü kimi. Bu gün Azərbaycan tarixinin üstünə işıqlı günlərimiz yığılır. Tikənlər, quranlar, vətənimizin hər guşəsini nağılvari günlərə çevirənlər yaşayır. Mən Azərbaycanın tarixlər məkanı olan Şamaxıdakı nağılvari sıçrayışlardan söz açıb, elimizi, xalqımızı sevindirmək istəyirlər.
Əlbətdə, mən Şamaxı tarixindən mövzü açıb danışmayacam. Lakin Şamaxı haqqında bəzi deyilənləri diqqətə çəkmək niyyətindəyəm. 10 əsrdən yuxarı Azərbaycanın dövlətçilik mərkəzi olan Şamaxı haqqında ingilis səyyahı (1562) Cenkinson XVI əsrdə Şamaxını qəşəng hökmdarlar şəhəri, 1475-ci ildə Avropa səyyahı Ambrodjo Kontdal Şamaxıya mədəniyyəti olan şəhər deyir. Cefri Dekket Şamaxını bütün Midiyanın ən yaxşı şəhəri adlandırır. Göründüyü kimi XV-XVI əsrlərdə böyük şöhrəti olan bu ulu məkan Azərbaycan tarixinin işıqlı məkanı olmuşdur.
XX əsrin sonu XXI əsrin əvvəllərində müstəqillik dövründə Ulu öndərimiz Heydər Əliyevin respublikamızın böyük inkişafına sərf etdiyi əməyi bu gün onun davamçısı cənab İlham Əliyev tərəfindən məharətlə yerinə yetirilir.
Son illərdə Bakı-Şamaxı yolunda aparılan böyük tikinti işləri yol strukturu artıq öz həllini tapmaq üzrədir. Abad Bakı-Şamaxı yolu bu gün bizi sevindirir. Son illərdə tikilən böyük obyeklər, şəhərin su, kanalizasiya sisteminin yenidənqurulması biz şamaxılıları sevindirməyə bilməz. Xüsusilə kənd arası Şamaxı Göylər, Quşçu, Şamaxı Çarhan, Şamaxı-Mədrəsə, Şamaxı-Nağaraxana yollarının salınması Şamaxının simasını xeyli dəyişdirmişdir. Rayonumuza, eləcə də bu tarixi Şamaxı şəhərinə gəlib gedən qonaqların, turistlərin rahatlığı rayonumuza başucalığı gətirir. Rayonun bütün kəndlərinə qaz çəkilişi başa çatmaq üzrədir. Bu yazını yazmağıma Şamaxıdan Dəmirçi kəndinə, Dəmirçidən Qədim Lahıc qəsəbəsinə yolun çəkilməsi səbəb oldu. Dəmirçi kəndi Şamaxıdan Şimalda, yəni Baş Qafqaz dağ silsiləsinin ətəyində, Künə çayla birlikdə Dibçay sahilində salınıb. Kənd əvvəl Künəçay adlanmış, əhalisin İsmayıllı rayonunun ərazisində olan Əhən və Lahıc kəndlərindən gəlmə Dəmirçi ailələri olmuşdur. Əvvəl müvəqqəti yaşayış məskəni olmuş, sonra kənd kimi daimi yaşayış məskəninə çevrilmişdir. Şübhəsiz ki, əhali Şamaxıya yaxın məsafədə olmaq və özlərinin istehsal etdikləri məhsulları satmaq niyyətilə ora köçüb gəlmiş və məskunlaşmışlar. Maraqlı cəhət budur ki, kənddəki məscidin 755-ci ildə tikilməsi ərəbcə yazılmış daş kitabədən indi də aydın oxunur.
Bəli, tarixi keçiddə Şamaxı ilə əlaqə piyada cığırı, sonra isə araba yoluna çevrilmişdir. Cənab prezident İlham Əliyevin Dəmirçiyə getməsindən sonra bura müasir maşın yolunun çəkilməsinə başlanmışdır. Bu yol Dəmirçi kəndində saxlanılmamış, oradan Lahıc qəsəbəsinə davam etdirilmişdir. İndi İsmayıllı, Qəbələ, Oğuz və Şəkinin kəsmə yolla Şamaxıya ən muasir maşın yolu ilə el gəlir və sevinir.
Fikir verin, ata Ümummilli liderimiz Heydər Əliyev Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından birinci yolu 1980-ci illərdə Şamaxı-Bakı yolu ilə birləşdirdi. 300-400 min əhali Ulu öndərə dualar ünvanladı. Xalq tam rahatlıq tapdı. Oğul prezident isə həmin yola əlavə ikinci ehtiyat yolu çəkdirdi. Hər bir şəraitdə xalqın rahatlığını əmin etdi. Dövlətçilik və inkişaf göz qabağındadır. 25-26 avqust 2018-ci il tarixlərdə Şamaxı şəhərində cənab Prezidentin iştirakı ilə Şamaxı Dəmirçi 35 km, Dəmirçi-Lahıc 11 km muasir yolun açılışı oldu. Əziz oxucular, siz oradan o günü bütün təbiətin gözəl libas geyindiyini, insanlarının nece sevindiyini kaş gözlərinizlə görəydiz.
Dəmirçi kəndindəki yenidən qurulmuş məscid, tarixə şahidlik edə muzey, məişət obyektləri, orta məktəb və bağ sayağı istirahət mərkəzi qonaqları valeh etdi. Bu işdə rayon icra başçısı Asif Ağayevin aylarla çəkdiyi zəhməti qeyd etmək yerinə düşər. Yaşlı nəslin Dəmirçiyə getmək təşəbbüsünü hörmətli icra başçısı Asif müəllim reallaşdırdı. 20 nəfər rayon ziyalı və ağsaqqallarını Dəmirçi kəndinə səfərini xüsusi avtobusla bir sentybar 2018-ci ildə reallaşdırdı.
Biz hamımız bu dediklərimi, kənd camaatının sevincini öz gözlərimizlə gördük. Biz də sevindik, ziyalılar ürək sözlərini və sevinclərini kənd camaatına çatdırdılar. Kənd ziyalılarının və ağsaqqalların sevindiklərini öz gözümüzlə gördük. Çay süfrəsinə qonaq olduq. Dəmirçi kəndinin əhalisinə, cənab prezidentimiz İlham Əliyevə, icra başçı Asif Ağayevə can sağlığı və uğurlar arzulayıb Şamaxıya qayıtdıq. Kənd camaatına indi xoşbəxt yaşayın, bizim dostlarımız dedik və Şamaxıya deyilməsi, danışılası, zəhmət dolu söhbət gətirdik.
İndi son illərdəki Şamaxı naliyyətlərindən qısaca oxucularamıza məlumat verim. Yol strukturunda Şamaxı, Göylər, Çaylı, Quşçu kəndlərinə, Çarhan, Nüydü, Adnalı kəndləri, Mərzəndiyə, Meysəri kəndlərinə abad-asfalt yolu və qaz xətdi çəkilmiş. Şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli ev tikilişi, 3 orta məktəb, Şamaxıda 100 yerlik uşaq baxçası, 8 saylı ibtidai məktəb yenidən istilik sistemi ilə tikilib istifadəyə verilmişdir. Hazırda rayonda 7 məktəbin tikintisi, asan xidmət binasının tikintisi Şamaxı Qəleybuğurd, Sis, Keçmədi, Qala dərəsi yolunun işlənməsi və qaz çəkilməsi, Şamaxının küçələrinin abadlaşdırılması və başqa tikinti abadlıq işlərinin görülməsi davam etdirilir.
Bəli, bu gün Şamaxı rayonu da cənab Prezidentin çağırışına qoşularaq abadlıq işlərinin sayını günbə gün artırır. Biz şamaxılılar da Şamaxımızı Bakı, Gəncə, Qəbələ kimi gözəl görmək istəyirik. Axı, Şamaxı tarixə qardaş şəhərdir. Onun buna haqqı var. Tarix bilir ki, Azərbaycanın ilk beş şəhərindən birincisi Şamaxıdır.
Cənab prezident, siz Şamaxıda Şamaxı Cümə məscidinin tikintisində sərf etdiyiniz əmək bu gün Şamaxıya ayrı bir gözəllik verir. Onda bizim sevincimiz Şamaxıda bir şəhərciyin görüntüsü oldu, arzumuzla yerinə yetdi. Siz bu illərdə dövlətimizin prezidenti seçildiniz. Böyük qələbələrlə ölkəmizi, işıqlı Azərbaycana çevirdiniz. Bəli, zəhmətiniz xalqın gözləri onündə oldu. Hər il, hər rayonda, hər şəhərdə təkrar-təkrar olursuz. Yeni-yeni abadlıq işlərinə sərəncam verirsiniz. Şamaxılıların ürəkdən gələn bugünkü arzusunu qoy Azərbaycan bilsin, dünya bilsin. Cənab Prezident, Yaradan sizi qorusun, Yaradan sizə can sağlığı versin. Azərbaycan hər gün sevinsin, gözəllik geyinən ölkə olsun.

Əvəz Süleyman,
yazıçı, AYB-nin üzvü,
Prezident təqaüdçüsü