adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Sentyabr 2018 18:00
10666
SAĞLAMLIQ
A- A+

Belinə tatu döydürən qızlarda iflic təhlükəsi - Müştərilərə xəbərdarlıq edilmir

Rusiyanın Mosqorduma – səhiyyə komissiyasının üzvü Yevgeniy Qerasimov tatu salonları ilə bağlı ciddi tədbir görülməsini irəli sürüb. Belə ki, tatu ustaları müştəriyə beldə döymə etdirəndən sonra gələcəkdə epidural narkoz – beldən keyitmə ilə əməliyyat oluna bilməyəcəkləri barədə xəbərdar etməlidirlər.Xüsusən gənc qızlar keysəriyyə üsulu ilə ana olarkən beldən keyitmə üsulu ilə əməliyyat ola bilməyəcəklər.

Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, bir çox klinikalarda doğum və keysəriyyə zamanı belində tatu olan qızlara epiderual anesteziyadan imtina olunub. Halbuki qız bu haqda məlumatsız idi.

Ona görə tatu salonlar bu barədə məlumatlandırılmalı və müştərilərə də bu haqda tatudan öncə xəbərdarlıq etmələri tapşırılmalıdır. Hətta bu xəbərdarlıq yazılı aktlaşdırılmalıdır ki, sabah müştəri salonu günahkar bilməsin.

Deputatın fikrincə, çox anestezioloqlar tatu döyülmüş dəriyə iynə yeritməyə risk etmirlər, çünki bu zaman qadının iflic olması ehtimalı var.
Ona görə bu məsələyə dövlət səviyyəsində qanun qəbul olunmalıdır.

Payızdan etibarən tatu döymələrinə tələbat artacaq, ona görə federal qanunvericiliyə dəyişiklik etmək vəzifə borcumuzdur ki, qadınların sağlamlığını təhlükədən qoruyaq.

Anestezioloq – reanimatoloq Vera Anisimova bildirib ki, həqiqətən çox kolleqaları və o özü də belində döymə olan qadınları epidural keyitmə etmir. Çünki bu zaman infeksiya düşmə riski və ağırlaşmalar çox ola bilər. Ən qorxulu ağırlaşma isə iflicdir. Tatu olunarkən döymədə olan rəng piqmentasiyası epiderual iynə zamanı onurğa beyninə düşə bilər. Döyməsi olan qadınlar üçün ümumi narkoz seçilir.