adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Sentyabr 2018 17:41
8737
MƏMLƏKƏT
A- A+

Bakının ən reytinqli məktəbləri - SİYAHI

Yeni tədris ilinin başlanmasına az müddət qalıb. Hər kəs çalışır ki, uşağı mükəmməl təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar.

Bakıda elə məktəblər var ki, orada qəbul və təlim göstəriciləri çoxdur. Nəticədə, valideynlər övladlarının həmin məktəbdə təhsil almasına üstünlük verirlər.

Oxu.Az Bakının ən reytinqli məktəblərinin siyahısını təqdim edir:

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

Bu lisey ortatəhsil verən məktəblər sırasına daxildir.Burada 19 şagird qəbul imtahanlarında 700 bal toplayıb.

Akademik Zərifə Əliyeva adına lisey

Azərbaycanın ən məşhur, eyni zamanda, təhsil ictimaiyyətinin daim diqqət mərkəzində olan nüfuzlu təhsil ocağıdır. Lisey 28 aprel 2008-ci ildə saysız-hesabsız insanların gözlərinə nur bəxş etmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində açılıb.

Bakı Dövlət Universitetinin nəzdində "Gənc İstedadlar” liseyi

Təhsil Nazirliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində "Gənc istedadlar” liseyi fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbi

2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı - Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl ümum təhsil məktəbidir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək, hazırda 780 şagirdə təhsil verir.

20 saylı məktəb-lisey

Məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, ümumilikdə 109 sinifdə 3526 şagird təhsil alır. Məktəb-liseydə 263 müəllimdən ibarət pedaqoji heyət çalışır. Məktəb-lisey 2009 və 2013-cü tədris illərində "Ən yaxşı məktəb” adına layiq görülüb.

147 saylı Texniki-Humanitar lisey

2017-2018-ci tədris ilində liseydə 550 şagird 22 sinif komplektində təhsil alıb. Müəllim kontingenti 53 nəfərdir. Lisey fəaliyyəti dövründə ikidəfə (2007-2008-ci və 2014-2015-ci tədris illərində) "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Liseydə tədris texniki və humanitar ixtisaslar üzrə həyata keçirilir. 5-6-cı siniflər liseyə hazırlıq sinifləridir. 7-ci sinifdən etibarən şagirdlərin maraq və bacarıqlarına əsasən, texniki və humanitar siniflər formalaşdırılır.

53 saylı tam orta məktəb

Təhsil ocağında təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 148 müəllim çalışır və 2299 nəfər şagird təhsil alır.

245 saylı tam orta məktəb

Bu gün məktəbin 81 sinfində 2411 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 154 müəllim məşğul olur.

200 saylı tam orta məktəb

Hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır.Müəllimlərin sayı253 nəfərdir. Məktəbdə təhsil alan şagirdlərin sayı3162 nəfər təşkil edir.

Kompleksin strukturu: 1. Məktəb bölməsi (6-17 yaş) Ümumi tədris planı ilə işləyən siniflər. 2. Lisey bölməsi (14-17 yaş) a) Riyaziyyat yönümlü siniflər b) Kimya-biologiya yönümlü siniflər.

Kompleksdə tədris Azərbaycan və rus dillərindədir.

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü lisey

Hazırda liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.

95 saylı tam orta məktəb

Təhsil ocağı istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulub.Orta hesabla hər il məzunlarının 70-75%-i ali məktəblərə qəbul olunurlar.

47 saylı tam orta məktəb

Burada Azərbaycan və rus dilində fəaliyyət göstərir. İki bölmədə ümümilikdə 1520 nəfər şagird təhsil alır. Məktəbdə 139müəllim işləyir.

6 saylı məktəb-lisey

Burada 544 şagird təhsil alır.

132-134 nömrəli Təhsil Kompleksi

Azərbaycanda ilk dəfə 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılıb.

Sadaladığımız məktəblərin reytinq siyahısı ali məktəblərə qəbul və təlim göstəricilərinə əsasən tərtib edilib.