adalet.az header logo
  • Bakı 17°C
07 Sentyabr 2018 17:11
7651
MƏMLƏKƏT
A- A+

Sənədsiz evlər qeydiyyata alına bilər

Bakıda böyük yaşayış massivləri formalaşıb, hansı ki, insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər.

Bunu Oxu.az-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev deyib.

O bildirib ki, məsələ aidiyyəti qurumlarla müzakirə edilib:

"Bakıda ən ağır vəziyyət Abşeronun rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər”.

Onun sözlərinə görə, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyi var.

Belə ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, bu torpaqların kateqoriyası dəyişdirilməlidir:

"Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərinin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa zaman ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq”.