adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Sentyabr 2018 16:57
7610
HADİSƏ
A- A+

5 kq yaxın narkotik müsadirə edilib

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, sentyabrın 6-da Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Elvin Şamilov tərəfindən Siyəzən şəhəri ərazisində yerləşən yaşıllıq ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

RPŞ-nin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan yaş çəkisi 5 kq yaxın, hündürlüyü 160-190 sm olan 4 ədəd çətənə kolu və saxlanılan şəxsin üzərindən qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.