adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Sentyabr 2018 15:49
8672
MƏMLƏKƏT
A- A+

Bu gün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - SƏBƏB?

Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə mətbuata açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, oyun başa çatana qədər azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün metropolitendə bütün tədbirlər görüləcək:

"Futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu "Koroğlu" stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək".

Metropoliten rəsmisi bildirib ki, stansiyalarda sıxlıq olmamaq üçün əlavə qatarlar da hazır vəziyyətə gətirilib:

"Əlavə qatarlar hazırlanıb. Əgər sərnişin sıxlığı olarsa, həmin qatarlar dərhal xəttə buraxılacaq və bu da qatarlar arasında intervalın azalmasına səbəb olacaq".

Xatırladaq ki, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində "Azərbaycan-Kosovo" milli yığma komandaları qarşılaşacaq.(trend)