adalet.az header logo
  • Bakı 20°C
08 Sentyabr 2018 12:07
8960
İDMAN
A- A+

“Real Madrid”in gəliri 751 milyon avroya çatdı

İspaniyanın Birinci Futbol Liqasında (La Liqa) çıxış edən "Real Madrid” klubunun 2017-2018-ci il mövsümündəki gəliri 750,9 milyon avroya çatıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, "Real Madrid” komandasının ötən mövsümlə bağlı dərc etdiyi maliyyə hesabatına əsasən, klubun fəaliyyətindən gələn gəlirlər bundan öncəki mövsümlə müqayisədə 11,3 faiz artaraq 750,9 milyon avro təşkil edib.

Hesabata oyunçu transferlərindən əldə olunan qazanclar daxil edilməsə də, 76 milyon avroluq artım 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Borcu olmayan paytaxt təmsilçisinin ardıcıl üçüncü dəfə mövsümü gəlirlə başa vurduğu bildirilir.(modern.az)