adalet.az header logo
  • Bakı 7°C
07 Sentyabr 2018 15:35
28999
HÜQUQ
A- A+

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Sentyabrın 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda sədr Anar Bağırov son dövrlər görülən işlər barədə məlumat verib.

İclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib.

Xüsusilə, vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib.

Müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub. 17 iş üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.