adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Avqust 2018 20:21
15347
İQTİSADİYYAT
A- A+

Hasilat sənayesində şəffaflığı necə təmin etmək olar? - Təkliflər

"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi artıq başa çatmaq üzrədir.

Layihə müddətində 3 ictimai müzakirə, iki tele-debat və bir dəfə Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri ilə görüş keçirilib. Həmçinin Dövlət Neft Fondunun Hasilat Sənayesində Şəffaflıq üzrə Katibliyinin rəhbəri Fərid Fərzəliyevdən müsahibə götürülüb, Facebook və İnstaqram sosial şəbəkələrində "Hasilar sənayesində şəffaflıq” səhifələri yaradılıb.

Həyata keçirilmiş bütün tədbirlərlə bağlı elektron mediada məlumatlar dərc edilib, sosial şəbəkələrdə paylaşımlar olunub.

Məlumat üçün qeyd edək ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ideyasını 2002- ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004- cü ilin noyabrın 24-də "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.

Azərbaycan hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək, "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olmuş və bu sahədə hesabatları mütəmadi dərc edib. Mədən sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Dövlət Xidmətləri Mükafatı”na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bütün bunlara baxmayaraq, Azərbaycana qarşı siyasi kampaniya aparıldı və Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib. Ölkəmizin hasilat sənayesi sahəsində şəffaflığın təmin edilməsi üzrə gördüyü işlər, həmçinin Komissiyanın fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasına ehtiyacı nəzərə alaraq bu layihənin icrasına start verilib.

Layihə zamanı keçirilən tədbirlər, aparılan tədqiqatlar nəticəsində hasilat sənayesində şəffaflığın daha da gücləndirilməsi üçün aşağıdakı təkliflər hazırlanıb.

• HSŞ komissiyası vətəndaş cəmiyyəti ilə əməkdaşlıq gücləndirilməlidir. QHT-lərin proseslərdə iştirakının hüquqi əsasları hazırlanmalıdır. Qəbul edilən qərarlarda vətəndaş cəmiyyətinin rolu nəzərə alınmalıdır.

• HSŞ məlumatlarının enerji istehsalı, makro-iqtisadiyyat və dövlət büdcəsi ilə əlaqələndirilməsi məqsədilə, kontekst məlumatlarını yeni hesabata daxil etmək;

• İctimaiyyətə, o cümlədən Azərbaycanda neft və qaz çıxarılan icmalarda paylanması üçün HSŞ hesabatının sadələşdirilmiş variantını hazırlamaq;

• Mədən şirkətləri və dövlət ilə maliyyə əlaqələrinin şəffaflığını artırmaq üçün ARDNŞ-ə daxil olan və oradan xaric olan axınlar haqqında məlumatları açıqlamaq;

• Əsas maraqlı tərəflər və geniş ictimaiyyətin cəlb edilməsi üçün kommunikasiya strategiyasını hazırlamaq və razılaşdırmaq;

• HSŞ və onun faydalarının ictimaiyyətə çatdırılmasına kömək etməsi üçün vətəndaş cəmiyyəti və informasiya vasitələri üçün təlim keçmək;

• İctimaiyyəti HSŞ və onun faydaları haqqında məlumatlandırmaq üçün Azərbaycanın bölgələrində ictimai yığıncaqlar keçirmək;

• HSŞ prosesində yaxından iştirak edən QHT-lərin uyğun layihələrinin dəstəklənməsi;

• HSŞ və onun faydaları, hazırlanan hesabatlar barədə sosial şəbəkələrdə müvafiq səhifələr yaratmaqla təbliğat işini gücləndirmək.

Ümid edirik ki, aidiyyəti qurumlar hazırladığımız təklifləri nəzərə alacaq.