Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı Adalet.az | Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı

10325    |   2018-09-07 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə2018-ci il 18-26 sentyabrtarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalın təntənəli açılış mərasimi18 sentyabr saat 19.00-daAzərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademikArif Məlikovun 85 illiyi münasibətiləfortepiano və orkestr üçün konserti səslənəcəkdir (solist Xalq artisti Murad Adıgözəlzadə).

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artistiFirəngiz Əhmədovanın 90illiyinəhəsr olunmuş"Azərbaycan opera səhnəmizin Nigarı”adlı silsilə tədbirlər təşkil olunacaqdır.

22 sentyabr saat 19.00-daAzərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkarMurad Kajlayevinmüəllif gecəsi keçiriləcəkdir. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.

23 sentyabr saat 19.30-daBakı Marionet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” marionet tamaşasının premyerası baş tutacaqdır. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimiTərlan Qorçudur.

Festivalın bağlanış mərasimi26 sentyabr saat 19.00-daAzərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısıSergey Rolduginvə P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçıPavel Milyukov çıxış edəcəklər.



İmza:
SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK