adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Sentyabr 2018 12:42
11809
DÜNYA
A- A+

TRAMP YAMAN ƏSƏBLƏŞİB

ABŞ prezidenti Donald Tramp «Nyu-York Times» qəzetindən «Ağ Ev daxilində müqavimət» məqaləsinə görə istinad etdikləri anonim administrasiya əməkdaşının adının açıqlanmasını tələb edib,

«Həqiqətənmi administrasiyanın yüksək çiinli əməkdaşı belə bir məlumat verib, yoxsa bu «Nyu-York Times»in növbəti uydurma mənbəsidir? Əgər bu qorxaq anonim əməkdaş doğrudan da varsa, qəzet milli təhlükəsizlik nöqteyi-nəzərindən onun adını təcili hökumətə verməlidir».

Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, «qəzet prezidentin nüfuzuna xələl gətirdiyi üçün üzr istəməli, bu qorxaq əməkdaş isə əməlindən düzgün nəticə çıxararaq istefaya getməlidir».