adalet.az header logo
  • Bakı 21°C
07 Sentyabr 2018 12:38
11309
DÜNYA
A- A+

QƏRB DƏ RUSİYANI İTTİHAM EDİR

ABŞ Almaniya, Kanada və Fransa hökumətləri Rusiyanın Baş hərbi Kəşfiyyatının eks polkovniki Sergey Skripalın və qızı Yuliyanın Solberidə zəhərlənməsində Rusiyanın əli olduğunu bildiriblər.

«Bu ölkələr Böyük Britaniyaya qoşularaq birgə bəyanatla çıxış edərək bildiriblər ki, kimyəvi hücum Rusiyanın ən yüksək dairələrinin razılığı ilə Baş Kəşfiyyat İdarəsinin iki əməkdaşı tərəfindən həyata keçirilib»- deyə Britaniya baş nazirliyinin nümayəndəsi Ceyms Slek bildirib.

Xatırladarıq ki, 5 sentyabr tarixində Böyük Britaniya Krallığının prokurorluq xidməti uydurulmuş adlarla həmin vaxt Londona gəlmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan əməkdaşları iAleksand Petrov və Ruslan Boşarova bununla bağlı ittiham irəli sürməyə hazır olduqlarını bildiriblər.