adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Sentyabr 2018 12:13
7259
GÜNDƏM
A- A+

Deputat Cavanşir Paşazadə Ramil Usubova təşəkkür etdi

Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Cavanşir Paşazadə bu təltiflə bağlı təssüratatlarını Modern.az-la bölüşüb.


Azərbaycan polisinin yubiley medalı ilə təltif edilməsindən qürur hissi keçirdiyini vurğulayan deputat, buna görə daxili işlər nazirinə təşəkkürünü bildirib.


"Azərbaycan polisinin yubiley medalı ilə təltif olunmaq şərəflidir. Buna görə hörmətli nazir Ramil Usubova minnətdaram. Cənab Ramil Usubov dövlətçiliyə, dövlət başçısına sadiq nazir, peşəkar polis zabitidir. Məhz onun rəhbərliyilə ictimai asayişin qorunması yüksək peşəkarlıqla həyata keçirilir.
Azərbaycan polisi ölkəmizdə sabitliyin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir, ictimai təhlükəsizliyin təmin olunmasında xüsusi xidmətlər göstərir. Bu işdə hörmətli daxili işlər nazir Ramil Usubovun müstəsna xidmətləri var.
Nazir başda olmaqla, daxili işlər orqanlarının əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıram”.