adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Sentyabr 2018 11:07
9357
DÜNYA
A- A+

Bu gün Ərdoğan, Putin və Ruhaninin görüşü baş tutacaq

Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək.

Adalet.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüşün keçiriləcəyi "Espinas Palase” mehmanxanasında və onun ətrafında çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərddoğan İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamenei ilə görüşəcəklər.

Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov qeyd edib ki, görüşdə Suriya problemi ilə yanaşı İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadan ABŞ-ın birtərəfli qaydada çıxması da müzakirə olunacaq. Eyni zamanda İran və Rusiya iqtisadiyyatlarına təsir edən ABŞ-ın iqtisadi sanksiyaları ətrafında da fikir mübadiləsi aparılacaq.