Bakının 3 rayonunda qaz olmayacaq
Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
"Azəriqaz” İstehsalat Birliyindən Adalet.az-a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yeni çəkilmiş diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sentyabrın 7-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti, həmçinin 1-ci və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16