adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2018 11:40
66666
AVTOMABİL
A- A+

Sürücülərin nəzərinə - Bu ərazidə park etməyin!

Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə AAYDA və BNA-nin birgə məlumatında deyilir.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılan işlər axşam saat 22:00-da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.