Əbülfət MƏDƏTOĞLU: MASAZIRDAN NAXÇIVANA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
44630 | 2018-09-06 18:08

SalamAsim müəllim!

Mənköhnə zamanın adamı olduğum üçün fikirlərimi məktub vasitəsilə sizə çatdırmaq qərarınagəldim. İstədim ki, üzbəüz demək imkanımı zamana, şəraitə, maddi duruma rəğmənonu kağıza köçürüm, məktub edim. Çox götür-qoydan sonra ağlıma gələni gerçəkləşdirməküçün dayandım bilgisayarın önündə.

İndidüşünəcəksiniz ki, ilin-günün bu vaxtında bu nəməktub sevdasıdı? Hardan qaynaqlanır bu məktub məsələsi?

Tələsməyin,bir az səbr edin. Onsuz da sizli-bizli hamımız bu xalqın övladıyıq və biz dədözümlü xalqıq. Ona görə dözümlüyük ki, Göyçəsiz qalmağa, Dərbəndsiz qalmağa,Borçalısız qalmağa, Təbrizsiz qalmağa, indi də Şuşasız qalmağa dözürük.

HəttaTəbriz, Dərbənd, Borçalı ayrılığını artıq arxivin hansısa bir küncünə atmışıq.Sadəcə bayatılarımızla, nağıllarımızla, dastanlarımızla və bir də bugünkü qələmadamlarının yazı-pozularıyla xatırlayırıq dediyim o yerləri. Həmin torpaqlarınadını beləcə anırıq, beləcə dilimizə "inşallah, qovuşarıq!" kəlamınıgətirirk.

Hə,məlumdu ki, Kərim də, İnşallah da, elə Lazımın özü də oturub yol gözləyir.Onlar da bizim kimi həsrət çəkirlər. Biz isə dözürük... Və... Dözümümüzü ürəyidolu olanlarımız, ürəyi o torpaqlarla döyünən yazarlarımız sinəsini masaya söykəyir,gözünün nuruna ürəyinin pıçıltılarını qatır. Sonra da əvvəl özü-özünü oxuyur, səsioxuculara gedib çatır. O sözlər bəzən nəğmə də olur, şüar da, çağırış da.

ƏzizimAsim müəllim!

Azərbaycanədəbiyyatında Araz dərdini Azərbaycanın hüdudlarından çox-çox uzaqlara aparanböyük şairlərimiz, söz adamlarımız olub və bu gün də var. Təkcə xalqın yaddaşına həkk olunmuş və ədəbi yaşamahaqqını qazanmış Süleyman Rüstəm, Rəsul Rzanı, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni,xatırlamaq, məncə, özü-özlüyündə çox mətləblərə aydınlıq gətirə bilər. XüsusiləMəmməd İnfil oğlu İbrahimovun MəmmədAraz olması Araz sevgimizin, Araz həsrətimizin ölçülərini dünya xəritəsininmaştabından çıxarır. Bax, mən də bu yaşıma qədər oxuduğum cənub həsrətli şeirlərimizi,Araz yanğılı poeziya nümunələrimizi xatırlaya-xatırlaya gəlib çıxmışam sizinşeirlərin qapısına...

Əzizim AsimYadigar!

Doğrusunu deyimki, mənə bağışladığınız kitabların içərisində bu şeirlərin ayrıca bir bölümolduğuna öncə diqqət yetirməmişdim. Amma bu günlərdə təkrar qayıtdım sizinkitablara və seçilmiş əsərlərinizin birinci cildinin 115-ci səhifəsində"Döyüş bayraqlı şəhərim" başlığı diqqətimi çəkdi. Yenə tam səmimi deyirəm. Həmin səhifədə cəmidörd misra var idi. Oxudum həmin misraları. Amma hiss etdim ki, bu dörd misrahardansa qopub ayrılıb. Burda başlıq kimi verdiyiniz bənd ifadə olunmur.


Ona görə də teznövbəti səhifəyə keçdim. Vərəqlədim və nəhayətmənə aydın oldu ki, bu bölümdəki şeirlər təbriz həsrətli şeirlərdi, Cənubnisgilli şeirlərdi, Təbrizə qədəm qoymuş şairin duyğularıdı, Təbrizi ziyarətetmiş Asim Yadigarın könül pıçıltılarıdı. Özü də bütün bunlar təkcə Təbrizin, Cənubunifadəsi, təqdimatı, tərənnümü deyil. Buşeirlər həm də Göyçənisgillidi... Dərbənd ağrılıdı... Borçalı haraylı... Şuşa fəryadlıdı... Çünkisiz bu dərdləri köynəyindən keçirən, özünün bir parçasına çevirən şairsiniz.Ona görə də o yaşam, o duyğular, o ifadələr sizi mənim gözlərimin önündə daha da ucaltdı, bütövlüyünüz daha da möhtəşəmoldu. Siz yazmısınız:


Səni gördüm, yenəkönlüm açıldı,

Düşdü burda yadaŞuşam, Tərbizim.

Eləbil ki, yaralandım sinəmdən,

Sənənecə nəğmə qoşum, Təbrizim.


Ürəyiminamərd oxu deşibdi,

Dərddağlayıb qəlbim dərddən şişibdi.

Qismətiməayrılıqlar düşübdü,

Mənburda da qərib quşam Təbrizim.


Birzamanlar Təbriz deyib ağlardım

Özahımla neçə sinə dağlardım.

Birbulaq tək bu dərd ilə çağlardım,

Bilməmindi necə coşam, Təbrizim!


... Tarixdə çoxsərtləşməyin olubdu,

Sərtləşməyin, mərdləşməyinolubdu,

Heç Şuşanla dərdləşməyinolubdu?

Düşürmü heç yadaŞuşam, Təbrizim?!


Əziz dostum!

Bir parçasını təqdimetdiyim "Təbrizim" şeirin məni uşaqlığıma, məktəb illərimə qaytardı.

Onda DağlıqQarabağın Tuğ kəndində yaşayırdım. Vəxalq şairi Süleyman Rüstəmin "Təbrizim" şeirini təkcə məktəblikimi yox, həm də böyüklərimlə Araz qırağına gəlib ordan cənuba boylanıbhaldan-hala düşən bir ailənin nümayəndəsi kimi içimdə çox pıçıldamışam, çoxsöyləmişəm.


Və elə bilmişəmki, bu şeiri nə qədər yaxşı əzbərləsəm, nə qədər ürəkdən ifadə etsəm, ondaArazı daha tez keçəcəm, onda Təbrizə daha tez çatacam...

Təbii ki, buuşaq istəyi idi, uşaq arzuları idi. Və bu gün də o istək, o arzu öz yerindənbir iynə boyu da olsun geri çəkilməyib.

Amma istəyə,arzuya baxmayaraq, həyatın öz diktəsi, öz gerçəklikləri də var. Neçə-neçə ailəyə,yüzlərlə insana, o cümlədən də sizə sovet dönəmindən fərqli olaraq indikidövrümüzdə Arazın üstündən keçmək, Təbrizi, Ərdəbili, daha haraları görmək nəsibolub. Deyəcəksiniz ki, bu bir turistin, bu bir gəzmək, görmək istəyən insanıngerçəkləşən arzusu idi.

Sizinlə razılaşıram.Amma siz də etiraf edin ki, bu bizim müstəqillikdən əldə etdiyimiz böyükuğurlardan biri idi. Heç olmasa azad vətəndaş kimi istənilən ölkəyə gedib görübgəlmək imkanımız var...


Bəli, dəyərliqardaşım, yazırsan ki:

Xəyal məndən öndəçapır

Düzü Təbrizə, Təbrizə.

Yol gedirəm, Ulutanrım,

Üzü Təbrizə, Təbrizə.


Bu yol Təbrizinyoludu,

Əsrin ən uzunyoludu.

Aparıram qəlbdəodu,

Közü Təbrizə, Təbrizə.

Söz şəkərdi,baldı deyin,


Ürək susub,laldı deyin.

Saxlamışamşirin-şirin

Sözü Təbrizə, Təbrizə.

Yanıqhəsrət - yalan olub

Məndəndalda qalan olub.


Məndənqabaq salan olub

İziTəbrizə, Təbrizə.

Yer-göyhəsrət ahı çəkir

Neçəarzu, duyğu çəkir.

Xətaininruhu çəkir,


BiziTəbrizə, Təbrizə.

...Gəldim,gördüm qəlb sevindi

Gözəldəndoymaq çətindi.

DüşübAsimin indi

GözüTəbrizə, Təbrizə.


Vəbir də yazırsan ki:


CulfadanTəbrizəcən şeir dedik, söz dedik,

Sinəmiziyandırıb həsrət adlı köz dedik,

Ürəkvüsal istədi, vədəsi var, "Döz” dedik.

Bugün vüsal günüdür, sinəm sözlə doludur,


Buyol Təbrizə gedir, bu yol Təbriz yoludur...

Nəkiriyib susmusan, Elçi dağı, dinsənə,

Təbrizəqonaq gəlir, köhlən atı minsənə,

SənTəbrizə müjdə ver, müjdə verim mən sənə,


Bugün vüsal günüdür, sinəm sözlə doludur,

Buyol Təbrizə gedir, bu yol Təbriz yoludur.

Həsrətdəndon biçmişəm, göynəyim var, göynəyim,

Əynimdəhəsrət adlı köynəyim var, köynəyim.


Qoymahəsrətdən donum, göyüm-göyüm göynəyim,

Bugün vüsal günüdür, sinəm sözlə doludur,

Buyol Təbrizə gedir, bu yol Təbriz yoludur.

Canımqəmdən bezibdir, qəm də canımdan bezir,


Məndərdə dözməsəm də canım hər dəfə dözür,

Buyolda Xətainin ruhu sərgərdan gəzir,

Bugün vüsal günüdür, sinəm sözlə doludur,

Buyol Təbrizə gedir, bu yol Təbriz yoludur.


Təbrizşirin ləhcəli dilimin paytaxtıdır,

Bölüm-bölümbölünən elimin paytaxtıdır.

Azərbaycanadlanan gülümün paytaxtıdır,

Bugün vüsal günüdür, sinəm sözlə doludur,

Buyol Təbrizə gedir, bu yol Təbriz yoludur.


Şairqardaşım!

Bubölümdəki şeirlərinin hər biri məni sənə yol yoldaşı etdi - Təbrizdə, Ərdəbildə,Zəncanda, Tehranda. Gəzdim, gözlərimlə baxdım sən görən yerlərə.

Gözlərimdənköçürdüm sənin gördüklərini.

Vəbir də şeirlərindən tamamladım görə bilmədiklərimi. Ona görə də bu məktubuyazmaq və şeirlərində mənə bağışladığın Təbrizə görə, Zəncana görə, bütövlükdəArazın o biri üzünə görə, sənə təşəkkür edirəm.

Özünyazmısan ki, şairlər kövrək olur. Və vurğulamısan:


Naxçıvanagələndə şairlər kövrək olur,

Birkövrəklik duyulur söhbətində, sözündə.

Birhəsrətin kök salmış izini görmək olur,

Hərşairin buludlu baxışında, gözündə.


NaxçıvandanTəbrizin yolu yaxın görünür,

Burdavüsalla hicran üç qardaşdı elə bil.

Burdaneçə şairin bağrı al-qana dönür,

Arazduymur bunları - qəlbi daşdır elə bil.


Arazınmürgü vuran quzu dalğaları tək,

Uyuyurqeyrətimiz, cürətimiz bu yerdə.

Gündən-günəböyüyən xan Arazın özü tək,

Gündən-günəböyüyür həsrətimiz bu yerdə.


Naxçıvanagələndə şairlər kövrək olur

Bukövrəklik, həzinlik sormayın ki, nədəndi.

Buyurda qonaq gələn şairlər kövrələndə

Bütövlüyəcan atan paralanmış Vətəndi.


Əzizqardaşım, dostum Asim Yadigar!


Sənəünvanladığım bu məktubda Cənub nisgillişeirlərinlə bağlı yaşadığın ovqatın müəyyən hissəsini ifadə etməyə çalışdım.Bilmirəm alındımı, demək istədiklərimi çatdıra bildimmi? Amma inan ki, bu gözəlduyğu çələnginin içərisində mən çox zamanları bir araya gətirə bildim. Çoxdüşüncələri bir kök altına saldım. Və nəhayət, sənin ürəyinə, qələminə ehtiram əlamətiolaraq "min yaşa! dedim.



TƏQVİM / ARXİV